Qırğızıstanla Tacikistan sərhədində atışma yenidən başlayıb.
Trend-in məlumatına görə, bunu Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsi bildirib.
Qeyd olunur ki, atışma bir saata yaxın davam edib.
Xatırladaq ki, ötən gün Qırğızıstan və Tacikistan hərbi birləşmələri arasında altı saata yaxın atışma olub. İnsident nəticəsində hər iki tərəfdən ümumilikdə 20 nəfər həlak olub, 150-dən çox şəxs yaralanıb.