Mayın 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 min 856 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5568, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 29288 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 661 min 772-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 1 min 968, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 659 min 804 nəfərdir.