Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər piyadaların təhlükəsizliyi üçün irəli sürülüb: “Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”.