Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan İnnovasiyalar Agentliyi məlumat yayıb.
“Mayın 17-si dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.
Azərbaycanda İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi istiqamətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mühüm layihələr həyata keçirməkdədir. Respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası yüksələn xətlə inkişaf edir”, – deyə məlumatda bildirilib.