Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.
“Report”un xəbərinə görə, qanun layihəsini parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.