İdman sağlamlıq mərkəzlərinə girişə COVID pasportla icazə veriləcək.
Trend-in məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, COVID pasportu olmayan şəxslər – yəni vaksinasiyadan keçməyən, yaxud yoluxub sağalmış insanlar hələlik idman sağlamlıq obyektlərindən istifadə edə bilməyəcəklər:
“Gələcəkdə COVID passportu olan şəxslərin digər obyektlərə də girişi təmin ediləcək. Buraya konsertlər, teatrlar, kinoteatr, toy və digər şənliklər daxildir”.