AZƏRTAC-ın və AZTV-nin əməkdaşları Kəlbəcər rayonunda minaya düşərək həlak olublar

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər.

AZƏRTAC xəbər verir ki, çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

 

https://www.facebook.com/watch/?v=328066612220986

ƏvvəlkiOmbudsman Aparatının əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
NövbətiGələn həftədən Azərbaycanda “Pfizer” vaksininin tətbiqinə başlanılacaq