İyun ayının əvvəlindən etibarən “S7” aviaşirkəti Rusiyanın 8 şəhərindən Bakıya yeni uçuş proqramına başlayır.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu şəhərlərə Həştərxan, Volqoqrad, Krasnodar, Krasnoyarsk, Mineralnıye Vodı, Moskva (Domodedovo), Novosibirsk və Samara daxildir. Sözügedən şəhərlərdən Azərbaycanın paytaxtına uçuşlar həftədə bir dəfə “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək.