“Azeri Light” neftinin qiyməti 74 dolları ötüb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 74,61 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

ƏvvəlkiMilli Qurtuluş Günü münasibətilə konsert proqramı təqdim edilib
Növbəti“TRT Haber” telekanalı Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən xüsusi reportaj yayıb