Boksçularımız Serbiyada 3 medal qazanıb

Azərbaycan boksçuları Serbiyanın Vrbas şəhərində yeniyetmələr arasında beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar.

Türk.az xəbər verir ki, Vaqif Kazımovun rəhbərlik etdiyi yığmanın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Əli Zamanovla (48 kq) və Əzrak Bəbirov (54 kq) isə bürünc medal qazanıblar. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.

Qeyd edək ki, Azərbaycan millisi 24 ölkənin iştirak etdiyi yarışa 8 boksçu ilə qatılıb.

ƏvvəlkiVaqif Axundov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
NövbətiƏrəfatda baş verən qasırğada azərbaycanlı zəvvarlar xəsarət almayıb