Ağdamın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi prosesi davam edir.
Bunu Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.
O bildirib ki, hazırda Ağdam şəhərinin mina və partlamamış sursatlardan təmizlənməsi işləri görülür: “Hazırda şəhər və bir neçə kəndin ərazisi təmizlənir. Şəhərdə artıq tikinti işləri başlanır. Kəndlərin əkin sahələri isə təmizlənərək payızlıq əkinə hazırlanır”.