Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana səfər edəcəklər.
Trend-in məlumatına görə, bu barədə B.Auresku “Twitter”də yazıb.
Nazir Avropa İttifaqının təhlükəsizlik sahəsində tərəfdaşlıq və dayanıqlılığı artırmaq üçün “şərq tərəfdaşları”na dəstək verməsinin vacibliyini vurğulayıb:
“Xarici işlər nazirləri Şallenberq və Landsbergis ilə birlikdə 24-26 iyunda Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Gürcüstan, Ermənistan) səfər edəcəyik”.