İspaniya millisinin futbolçuları Avropa çempionatının 1/8 final mərhələsində Xorvatiyanı əlavə vaxtda məğlub edib.
Trend-in məlumatına görə, Kopenhagendə keçirilən oyun 5:3 hesabı ilə başa çatıb.
Görüşün əsas vaxtı 3: 3 hesabı ilə başa çatıb. İspaniya millisində qolları Pablo Sarabya (38-ci dəqiqə), Sesar Aspilikueta (57) və Ferran Torres (77) vurublar. Unai Simonun qapısına qolları Pedri (20, avtoqol), Miroslav Orşiç (85) və Mario Paşalıç (90 + 2) vurublar.
Əlavə vaxtda Alvaro Morata (100) və Mikel Oyarsabal (103) fərqləniblər. Matç hazırkı turnirdə ən məhsuldar oldu.