Azərbaycan idmançıları akrobatika gimnastikası üzrə 27-ci dünya çempionatında çıxış edəcəklər.
Trend-in məlumatına görə, yarış 2-4 iyulda Cenevrədə (İsveçrə) keçiriləcək.
Yarışda Azərbaycanı qarışıq cütlüklərdə Raziyə Seyidli və Ağasif Rəhimov, kişi cütlülərində Murad Rəfiyev və Daniel Abbasov təmsil edəcək.