Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 54 nəfər müalicə olunaraq sağalıb, 127 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 336 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 567 nəfər müalicə olunaraq sağalıb, 4979 nəfər vəfat edib. Aktiv xəstə sayı 1138 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 813 min 17 test aparılıb. Bugünkü test sayı isə 10025-dir.