AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. “Report”un məlumatına görə, qarşılaşma Londondakı “Uembli” stadionunda keçirilir.
İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.
Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.