Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları avqustun 1-nə 6 milyard 496,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 41,2 milyon dollar çoxdur.