Almaniya kansleri Angela Merkel Ermənistanda işgüzar səfərdədir.
Türk.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Almaniyanın hökumət başçısını hava limanında Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.
A.Merkelin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində kanslerin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Yan Heker, maliyyə və iqtisadi siyasət üzrə müşaviri Lars-Hendrik Röller, Avropa siyasəti üzrə müşaviri Uve Korzepius, Kansler Aparatında Cənubi Qafqaz şöbəsinin rəhbəri Matias Lütenberq yer alıb.
Qeyd edək ki, Almaniya kansleri Ermənistana iki gün səfərdə olduğu Tbilisidən gedib. O, Yerevandan sonra Bakıya səfər edəcək.