ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Özbəkistanda aqrobiznesin inkişafına 18,9 milyon dollar ayırıb.
AZƏRTAC Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı USAID Missiyasının direktoru Mikaela Meredit və kənd təsərrüfatı naziri Camşid Xocayev arasında memorandum imzalanıb.
Özbəkistanda aqrobiznesin inkişafına ayrılan yeni layihə 18,9 milyon dollar həcmində qiymətləndirilir.
İmzalanma mərasimində Mikaela Meredit bildirib ki, USAID Özbəkistanın kənd təəsərrüfatında çalışan qadınların dəstəklənməsi üçün əlavə 1 milyon dollar həcmində vasait ayırır. Bu vəsait kənd yerlərində sahibkarlığın inkişafına, informasiya texnologiyalarının genişləndirilməsinə və kommersiya müəssisələrinin açılmasına yönəldiləcək.
Layihə 5 il üçün nəzərdə tutulub.