Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb

2021-ci ilin yanvar-iyul aylarında 186 250 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

“Report” Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 35,56% çoxdur. Belə ki, 2019-cu ildə 137 397 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

Qeyd olunub ki, Türkiyəyə gələn bütün turistlərin 1,85% -i Azərbaycanın payına düşür.

Təkcə iyul ayında 62 737 azərbaycanlı turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Qeyd edək ki, Türkiyəni ən çox Rusiyadan (1,55 milyon nəfər), Almaniyadan (1,26 milyon nəfər) və Ukraynadan (1,12 milyon nəfər) olan turistlər ziyarət edirlər.

Əvvəlki“Taliban” Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik şura yaratmaq niyyətindədir
NövbətiÖzünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb