“Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın 250 kv. m. ərazini əhatə edib. Hadisə nəticəsində penoplastdan olan divarın ön tərəfi, arxa tərəfində yerləşən meyvə tərəvəz bazasının anbarı, həmin anbarın avtomobil təmiri emalatxanaları və orada yerləşən digər tikililər mühafizə olunub”.
Bunu “Report”a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.
“14:36-da bizə yanğın haqda məlumat daxil olub, ilk yanğınsöndürən avtomobili isə 5 dəqiqə sonra hadisə yerinə çatıb. Yanğınsöndürənlərin səyi nəticəsində 10 dəqiqə ərzində yanğın lokallaşdırılıb, saat 15:00 radələrində isə tamamilə söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb”, – o qeyd edib.
Qeyd edək ki, yanğının baş verməsinin səbəbləri araşdırılır.