Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4241 yoluxma faktı qeydə alınıb, 3366 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 413 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 min 230 nəfər müalicə olunaraq sağalıb, 5 min 512 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 min 244 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 871, bu günə qədər isə ümumilikdə 4 milyon 414 min 517 test icra olunub.