Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AZƏRTAC-a bildirib ki, bununla Şahdağ Milli Parkındakı zubr balalarının sayı 5-ə çatıb. Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Xatırladaq ki, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 17 baş zubr gətirilərək təbiətə buraxılmışdı.

ƏvvəlkiAzərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 7 milyon 236 mindən çoxdur
NövbətiLaçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb