Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.
İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və regionda təhlükəsizliyə təhdidlər görüşün əsas müzakirə mövzularından olub.
Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı və sıx ikitərəfli əlaqələri vurğulayıblar. Qeyd olunub ki, onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin Müdafiə Qüvvələrinin inkişafında xüsusi rol oynayıb. Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin roluna, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyətinə diqqət yetirilib.
Baş nazir Gürcüstanın milli müdafiə nazirinə Türkiyənin Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və NATO-ya üzvlüyünə davamlı dəstəyinə görə təşəkkür edib.
Görüşdə bölgədəki vəziyyət və təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində həll edilməsini alqışlayır və bu yolun alternativi mövcud deyil.