Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında ilk görüşünü keçirib.
“Report”un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı 1/32 finalda haitili Çarles Petit-Hommla üz-üzə gəlib.
Rəqibini məğlub edən Əliyev növbəti mərhələdə italiyalı Simone Spada ilə qüvvəsini sınayacaq.