Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2420 yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 524 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 min 32 nəfər müalicə olunaraq sağalıb, 6 min 995 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 761 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 827, bu günə qədər isə ümumilikdə 5 milyon 158 min 35 test icra olunub.