Alkoqollu içkilər və tütün məmulatlarının alışı zamanı Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılmayacaq.
Trend-in məlumatına görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, daha əvvəl neft və qaz məhsullarının alışı zamanı ƏDV geri qaytarılmırdı.
Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.