AzMDP Zəfər Gününün birinci ildönümü ilə əlaqədar bəyənatı

Azərbaycan Milli Demokrat Partiyası (AzMDP) Ali Baş Komandan, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində möhtəşəm qələbəsinin Zəfər Gününün birinci ildönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatı izləyicilərimizin diqqətinə çatdırırıq.

Azərbaycan Milli Demokrat Partiyasının (AzMDP) Zəfər Gününün birinci ildönümü ilə əlaqədar

BƏYANATI

Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Dövlətimizin 30 illik ərazi bütövlüyünün pozulmasına, Azərbaycan xalqının 30 illik yurd həsrətinə, Milli Şərəfimizin alçaldılmasına son qoyan 44 günlük Vətən müharibəsinin nəticəsində əldə edilmiş möhtəşəm qələbənin — Zəfər Gününün birinci ildönümü qeyd olunacaq. Azərbaycan Milli Demokrat Partiyası (AzMDP) qədim və şərəfli tarixə sahib xalqımızı  möhtəşəm 8 noyabr Zəfər Günü münasibətilə təbrik edir.

AzMDP millətçi kəsimin partiyası olaraq bildirir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun əldə etdiyi böyük qələbə Azərbaycan xalqının və Türk dünyasının tarixində mühüm bir dönüş məqamı kimi dəyərləndirilməlidir. Belə ki, bu Zəfər ilə xalqımız nəinki xisləti qorxaqlığdan, xəyanətdən və vəhşilikdən yoğrulmuş erməni faşizmi üzərində, həmçinin, mənfur düşmənimizin arxasında duran anti-türk, islamofob dünya qüvvələri üzərində qələbə qazanmışdır. Tarixi baxımdan bu Zəfər Azərbaycan xalqının tarixində ən möhtəşəm, gələcək nəsillərimizin mövcudluğunun təmini yolunda ilk və böyük qələbəsi kimi qiymətləndirilməlidir. Bu Zəfər ilə biz bütün dünyanı xalqımıza və dövlətimizə hörmətlə yanaşmağa məcbur etmişik.

AzMDP illərlə öz bəyanatlarında torpaqlarımızın tezliklə azad edilməsinə inamını bildirdiyi kimi, Göyçə və İrəvan kimi əzəli Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızın dalğalacağına əminliyini bildirir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şanlı Azərbaycan xalqına, Zəfər Gününü bizə qismət etmiş Qəhrəman Ordumuza və Müzəffər Ali Baş Komandan, Respublika Prezidentimiz cənab İlham Əliyevə eşq olsun!

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri:
Tufan Kərim

Bakı ş., 05 noyabr 2021-ci il

ƏvvəlkiBu gün COVID-19 əleyhinə 45 min dozadan çox peyvənd vurulub
NövbətiPrezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib