8 noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.
“Report”un məlumatına görə, saat 20:55-dən Mərkəzin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunub.
Ölkəmizin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, işğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad olunması ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlarını, Müzəffər Ordumuzu, Azərbaycan xalqının birliyini və gücünü əks etdirən şüarları, “Dəmir yumruq”, “Xarıbülbül” kimi rəmzlərini özündə təcəssüm etdirən audiovizual görüntülər nümayiş olunub.
Videoproyeksiyanı Azərbaycan musiqisinin ölməz korifeylərinin əsərləri müşayiət edib.
Videoproyeksiya gecə saat 00:00-dək davam edəcək.