“Azərbaycan və Rusiya bütün sahələrdə əlaqələri planauyğun şəkildə inkişaf etdirir”.
Türk.az xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ikitərəfli əməkdaşlığın əsas aspektləri məsələsini şərh edərkən deyib.
“Burada ən vacib məsələni fərqləndirmək olmaz. Ən əsası odur ki, bütün istiqamətlər inkişaf edir. Humanitar, siyasi, iqtisadi… indi hamısını saymaq çətindir”, – o bildirib.