Azərbaycan üzrə mülkiyyət cinayətlərinin say indeksi məlum olub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə bu il effektiv əməliyyat-axtarış, əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri nəticəsində oğurluq cinayətləri 541, mənzil və şəxsi evlərdən 328, mobil telefon 238, cibgirlik 85, soyğunçuluq 52 fakt azalıb:
“Genişmiqyaslı tədbirlər davam etdirilir. Məhz bu tədbirlərin nəticəsidir ki, cinayətlərin sayında azalma tendensiyası müşahidə olunur”.