Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Xətai rayonunda ümumi sahəsi 2 000 m² (hər mərtəbəsi 1 000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qismən 1 ədəd pəncərə çərçivəsi yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.