İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) texnikaları da cəlb edilib.
Bölmələrimizin azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirləri davam etdirilir.