İran Hava Hücumundan Müdafiə Qüvvələri Natanz bölgəsində partlayışa səbəb olan sınaq atışlarını təsdiqləyib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, Natanzda raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib.
“Narahatlığa heç bir əsas yoxdur”, – məlumatda deyilir.
İRNA-nın məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur. Hadisə nəticəsində insan itkisi və dağıntı olmadığı qeyd edilir.