Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 18 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Həmçinin Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 9 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.