Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Trend-in məlumatına görə, məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

ƏvvəlkiAzərbaycan Burkina Fasoya 100 000 doza peyvənd ianə edib
NövbətiPutin və Baydenin görüşü başlayıb