İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazir özü məlumat verib.
Onun sözlərinə görə, görüşdə iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi aparılıb.