Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.