“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
İstifadəçilərin 43%-i proqramdakı, 19%-i serverə qoşulma, digər 38%-i mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayətləniblər.
Nasazlıq haqqında şikayətlər daha çox Rusiya, Ukrayna, Polşa, Niderland və digər ölkələrdən olan istifadəçilərdən gəlir.