Qazaxıstandakı hadisələr fonunda qlobal ticarət platformalarında uranın qiyməti təxminən 8 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” dünya uran qiymətlərini izləyən ixtisaslaşmış “UxC” platformasının məlumatlarına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, dünya bazarlarında uranın qiyməti bir funt üçün 45,25 dollara qalxıb və bu da gündəlik müqayisədə təxminən 8 faiz çoxdur.
Bundan başqa, təbii uranın hasilatı ilə məşğul olan Qazaxıstanın “Kazatomprom” şirkətinin səhmləri London birjasında 8,8 faiz ucuzlaşıb.
Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir.