Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.
ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.