Prezident İlham Əliyev Teymur Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.