Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpachay Open” beynəlxalq karate turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə Dünya Fudokan Federasiyasının Azərbaycandakı nümayəndəliyinin idmançıları federasiyanın vitse-prezidenti, Əməkdar məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında öz qüvvələrini sınayıblar.
İdmançılardan Vahid Həsənov (16-17 yaş, +76kq), Rza Rzazadə (18-21 yaş +84kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi adını qazanıblar. Ömər Səlimov (52 kq) ikinci, Xədicə Vəlizadə (hər ikisi 14-15 yaş, +54 kq) üçüncü yerləri tutublar. Hacıəli Vəlizadə (84 kq) isə 18-21 yaşlı idmançıların yarışında ikinci nəticəni göstərib.