Azərbaycan – İraq oyunu heç-heçə ilə yekunlaşıb

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, İraqın U-20 millisinə qarşı keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb.

Millimizin qollarını Mahmud Ağayev və Ege Bilsel vurublar.

ƏvvəlkiPrezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib
NövbətiQHT gəncləri ödənişsiz təlimlərə dəvət edir