Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6113 yoluxma faktı qeydə alınıb, 3267 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 676 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 min 994 nəfər müalicə olunaraq sağalıb, 8 min 797 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 min 635 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 272, bu günə qədər isə ümumilikdə 6 milyon 208 min 402 test icra olunub.