CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 4-də 99,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,23 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 98,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,23 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 92,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,56 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 97,66 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,2 dollar/barel çoxdur.