Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin həyata keçirdiyi “Vətən Müharibəsinin Balaca Şahidləri” layihəsinə fevralın 1-dən start verilib.
Bu barədə saytımıza məlumat verən “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin sədri, “Vətən Müharibəsinin Balaca Şahidləri” layihəsinin rəhbəri Aydın Zeynalov bildirib ki, 44 günlük Vətən Müharibəsində azğın düşmən məğlub olacağını dərk etdikdən sonra müharibənin durdurulması üçün Azərbacanın şəhər və rayonlarına raket zərbələri endirməyə başladı. Nəticədə Gəncə şəhərində, Bərdə, Tərtər, Ağdam və digər cəbhəyanı rayonlarda xeyli sayda mülki vətəndaşımız şəhid oldu. Bu qanlı qadalı hadisələrin şahidləri olan Gəncə şəhər, Bərdə, Tərtər və Ağdam rayonunun orta məktəblərində 10 və 11-ci siniflərdə təhsil alan şagirdlərin gördükləri və yaşadıqları hislər həm bugünki nəsil həm də gələcək nəsil üçün çox maraqlı olacağını nəzərə alaraq belə bir layihə həyata keçirmək istədik.
Layihə çərçivəsində 10 və 11-ci sinif şagirdləri arasında inşa müsabiqəsi keçriləcək, müsabiqəyə təqdim olunan inşalar əsasında kitab nəşr olunacaq və sayt hazırlanacaqdır.