Vətən müharibəsi yaralıları, müharibə əlilləri, şəhid ailələrinin tibbi ehtiyaclarının qarşılanması üçün xüsusi şöbə yaradılır.
Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu şöbə həmin şəxslərlə işləri tənzimləyərək onların istək və tələblərini təmin edəcək.