Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2685 yoluxma faktı qeydə alınıb, 6558 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 774 min 394 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 734 min 386 nəfər müalicə olunaraq sağalıb, 9 min 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 773 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 629, bu günə qədər isə ümumilikdə 6 milyon 485 min 357 test icra olunub.