“Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatı davamlı sülh və gələcək iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.
“Qlobal təhlükəsizliyə gəldikdə isə bizim 3 istiqamətimiz var. Birinci istiqamət – hər birimiz öz ölkəmizdə sağlam təhlükəsizlik sistemi qurmalıyıq. İkinci istiqamət – bölgədə, qonşularla mehriban münasibətlər qurmaqdır, bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Üçüncü istiqamət – Cənubi Qafqazdakı ölkələr bir-birilərinin müxtəlif geosiyasi maraqlarını nəzərə alaraq, ortaq maraqlar çıxarmalıyıq. Bunun, üçün ilk növbədə, mehriban münasibətlər qurmalıyıq”, – o bildirib.